REGİONLAR
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb
Gəncə, 29 iyul, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə şəhər ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı naməlum şəxsin qeyri-qanuni yolla mağazaya daxil olaraq oradan ümumi dəyəri 3 min manat olan tütün məmulatları və 160 manat nağd pulu oğurlaması məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elçin Rüstəmov maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]