Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncədə məhkəmə-hüquq islahatlarına dair geniş ictimai müzakirə keçirilib

Gəncədə məhkəmə-hüquq islahatlarına dair geniş ictimai müzakirə keçirilib

Gəncə, 14 iyun, AZƏRTAC

Ölkəmizdə müstəqil məhkəmə sisteminin formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına, ədalət mühakiməsinin əlçatanlığına və vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir.

Dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə rəvac verməklə ədliyyə və məhkəmə sistemin inkişafında yeni mərhələnin başlanğıcı olub. Bu sahədə mühüm “yol xəritəsi” olan Fərmanın icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür. Bu mühüm sənədin müstəsna əhəmiyyəti və ondan irəli gələn məsələlərlə bağlı vətəndaş cəmiyyəti institutları, müxtəlif biznes dairələri, sahibkarlar və ictimaiyyətin digər nümayəndələri ilə paytaxtda və bölgələrdə ictimai müzakirələr davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həyata keçirilən bu tədbirlər çərçivəsində Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə iyunun 14-də Gəncə şəhəri Heydər Əliyev Mərkəzində "Vətəndaşların və sahibkarların hüquqlarının müdafiəsində Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti" mövzusunda geniş ictimai müzakirə keçirilib.

15 İyun – Milli Qurtuluş Günü ərəfəsində keçirilən tədbirdən öncə ulu öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib, Heydər Əliyev Mərkəzində dahi öndərin həyat və fəaliyyətindən bəhs edən zəngin ekspozisiyalarla tanışlıq olub.

Tədbirdə Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Məhkəmə-Hüquq Şurasının məsul şəxsləri, Gəncə apellyasiya, regional, şəhər və ətraf rayon məhkəmələrinin sədrləri, hakimlər, prokuror və vəkillər, Gəncə və Şəmkir regional və yerli ədliyyə qurumlarının, habelə şəhər ali təhsil müəssisələrinin rəhbərləri, çoxsaylı sahibkarlar, vətəndaş cəmiyyətinin və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri açan Ədliyyə naziri Fikrət Məmmədov 1993-cü ilin iyunun 15-də ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xilaskarlıq missiyasından, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin rifahı və gələcəyi naminə misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, ölkəmizin sürətli tərəqqisinin təmin olunduğunu və bütün sahələrdə yüksək nailiyyətlər qazanıldığını vurğulayıb.

Bildirilib ki, ölkədə aparılan genişmiqyaslı islahatlar məhkəmə-hüquq sistemini də əhatə edib, ötən dövrdə bu sahədə bir çox mühüm tədbirlər görülüb. Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ədliyyə və məhkəmə sistemində islahatların yeni mərhələdə müasir çağırışlara uyğun həyata keçirilməsinə təkan verib.

Nazir bu mühüm sənədin icrası, o cümlədən sahibkarların hüquqlarının məhkəmə müdafiəsinin gücləndirilməsi üzrə görülən işləri qeyd edib, qanunvericilik, institusional və praktiki tədbirlərdən danışıb.

Diqqətə çatdırıb ki, Fərmana uyğun olaraq qısa müddətdə məhkəmə fəaliyyəti, o cümlədən sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə dair işlər üzrə yeni ixtisaslaşmış məhkəmənin yaradılması ilə bağlı mühüm qanun layihələri paketi hazırlanaraq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunub və artıq ötən gün həmin layihələrə parlamentin plenar iclasında ilk oxunuşda baxılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezidentin məhkəmə-hüquq sisteminə daim qayğı ilə yanaşdığını, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edildiyini bildirib, Fərmanın məhkəmə sisteminin inkişafında inqilabi addım olduğunu vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə-Qazax nümayəndəliyinin müdiri Afina Babayeva çıxış edərək, sahibkarların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasında və bu sahədə mübahisələrə dair işlərə daha səmərəli və çevik baxılmasının təmin olunmasında Fərmanın müstəsna rolunu qeyd edib.

Tədbirdə, həmçinin nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov, İcra baş idarəsinin rəisi – baş icra məmuru Nurəddin Mustafayev, İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə, “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupun üzvü Rəşad Əliyev tərəfindən dövlət başçısının Fərmanının məhkəmələrə əlçatanlığın və müraciət imkanlarının yaxşılaşdırılmasında rolu, sahibkarların hüquqlarının müdafiəsində məhkəmə təminatının vacibliyi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması barədə çıxışlar edib, məhkəmə fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılmasında "Elektron məhkəmə", "Elektron icra" informasiya sistemlərinin əhəmiyyəti və islahatların dərinləşdirilməsində innovasiyaların rolu barədə əyani təqdimatlar olunub.

Sonra iştirakçılarla sual-cavab sessiyası keçirilərək, müzakirələr aparılıb. Çıxış edən sahibkarlar, vətəndaş cəmiyyətinin və ictimaiyyətin digər nümayəndələri dövlət başçısının fərmanının vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulayıb, məhkəmələrin ixtisaslaşması, mediasiyanın tətbiqi, notariat, vəkillik və könüllülük fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, təkliflər irəli sürüblər.

Tədbiri Ədliyyə naziri Fikrət Məmmədov yekunlaşdıraraq məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olan ölkə Prezidentinin Fərmanının icrası nəticəsində müasir tələblərə cavab verən və cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşmasına, onun keyfiyyətinin və səmərəliliyinin artırılmasına, əlçatanlığın asanlaşdırılmasına, yüksək vətəndaş məmnunluğuna, sahibkarlığın inkişafının sürətlənməsinə nail olunacağını vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ