REGİONLAR


Gəncədə minik avtomobili yanıb

Gəncədə minik avtomobili yanıb

Gəncə, 8 fevral, AZƏRTAC

Gəncədə yanğın hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yaşayış binalarının qarşısında qeydə alınıb. Binanın qarşısında dayanmış vəziyyətdə olan minik avtomobilində anidən yanğın olub. Hadisə yerinə dərhal FHN yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil tamamilə yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə edilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.