REGİONLAR


Gəncədə möhtəşəm fləşmob: 3 minə yaxın gənc İmadəddin Nəsiminin portretini canlandırıb VİDEO

Gəncə, 16 may, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına əsasən Gəncədə möhtəşəm fləşmob təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər Gənclər Baş İdarəsinin təşkilatçılığı, 2861 nəfər gəncin iştirakı ilə keçirilən aksiyada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin portreti canlandırılıb.

Şəhərin ali və orta ixtisas məktəblərinin tələbələri Heydər Əliyev adına mərkəzi meydana toplaşaraq, “Nəsimi ili”nin sevincini özünəməxsus şəkildə yaşayıblar. Bununla da gənclər Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin insanların mənəvi-əxlaqi kamilləşməsində böyük əhəmiyyətə malik zəngin irsinə və şairin bədii-estetik ideallarına olan ehtiramlarını dünyaya nümayiş etdiriblər.

Nümayiş olunan canlı loqo gənc rəssam Mobil Qarayev tərəfindən hazırlanıb. Xatırladaq ki, onun layihəsi əsasında 2015-ci ildə eyni məkanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə dahi rəhbərin portreti və 10 mindən çox gənc tərəfindən “Bakı-2015” birinci Avropa Oyunlarının loqosu canlandırılmışdı. Habelə 2016-cı ildə “Gəncə-2016 Avropa Gənclər Paytaxtı”nın loqosu nümayiş etdirilib, 2017-ci ildə isə 6 min gəncin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının simvolu canlı olaraq əks etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.