CƏMİYYƏT
Gəncədə narkotik maddə satmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 21 iyun, AZƏRTAC
Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Elvin Rzayev Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin ərazi üzrə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Elvin Rzayevin üzərinə baxış keçirilən zaman külli miqdarda heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ilkin ifadəsində narkotik maddəni satmaq məqsədilə əldə etdiyini vurğulayıb. Hazırda E.Rzayevə narkotik maddəni satan şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]