CƏMİYYƏT


Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini S.Hüseynzadə saxlanılıb. Axtarış zamanı onda marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş M.Cəfərov da polis əməkdaşları tərəfindən müəyyənləşdirilib. Onun yaşadığı evə baxış zamanı isə oradan 455 qram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla əlaqədar təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.