REGİONLAR


Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub

Gəncə, 17 iyul, Elcan Məmmədov, AZƏRTAC

Gəncə şəhər Baş Polis İdarəsinin Nizam rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir İsmayılov cari ilin müxtəlif vaxtlarında şəhər ərazisindəki mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 700 manatdan çox olan su qurğularını oğurlayıb.

E.İsmayılov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.