CƏMİYYƏT
Gəncədə oğurluq etmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunub
Bakı, 22 may, AZƏRTAC
Gəncədə oğurluq etmiş bir neçə nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları mayın 5-də rayon ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən su nasosu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ş.İbrahimovu saxlayıblar.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 22-dən mayın 2-dək olan müddətdə “İsuzu” və “VAZ-2106” markalı avtomobillərdən akkumulyator, 1 yardımçı təsərrüfatdan məişət əşyaları, 1 həyətyanı sahədən isə velosiped oğurladığı da müəyyən edilib.
Oğurluq etdiyinə görə tutulmuş R.İbişovun Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə yanvarın 26-na keçən gecə Gəncə şəhəri H.Əliyev küçəsindəki ofislərin birindən 7 min ABŞ dolları və 200 avro oğurladığı müəyyən olunub.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları isə martın 13-də rayon ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Tağıyevi saxlayıblar.
Faktlarla bağlı araşdırma aparılır.