REGİONLAR


Gəncədə piyadanı vurub məsuliyyətdən yayınan sürücü saxlanılıb

Gəncə, 7 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhər sakini S.Atakişiyevanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə fevralın 6-da Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalarla vətəndaşın şəhər ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədildiyi müəyyənləşib. Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Gəncə şəhər sakini Elmir Verdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.