CƏMİYYƏT


Gəncədə polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər.

Bakı, 13 iyun, AZƏRTAC 

B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının və Gəncə şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Şəhər Baş Polis İdarəsinin və tabeli qurumların şəxsi heyəti fəal iştirak ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, onlar bu kimi xeyriyyə tədbirlərinin keçirilməsini dəstəkləməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir insanın vətəndaşlıq borcu olduğu bildirilib.

Polis əməkdaşları tibbi müayinədən sonra qan veriblər.

Yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.