İDMAN


Gəncədə qalib idmançıların qarşılanma mərasimi təşkil olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Beynəlxalq Məktəb İdman Federasiyasının təşkilatçılığı ilə Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında uğurlu nəticə əldə etmiş Gəncə məktəbliləri doğma şəhərlərinə qayıdıblar.

AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, bu münasibətlə idmançıların Heydər Əliyev Park-kompleksinin girişində Zəfər Tağının önündə qarşılama mərasimi təşkil olunub.

Mərasimdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev, 1 və 2 nömrəli Uşaq-Gənclər İdman məktəblərinin direktorları Ramil Qasımov və Asif Həsənov, həmçinin şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Baş İdarənin rəisi H.Nəsirov çıxış edərək sərbəst güləş üzrə komandamızı təbrik edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb. Tədbirdə həmçinin, şəhərin idman ictimaiyyətinin nümayəndələri də çıxış edərək, gənc idmançılarımızın uğurlarına sevindiklərini və gələcəkdə bundan da böyük qələbə qazanacaqlarına əmin olduqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.