CƏMİYYƏT


Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 30 aprel, AZƏRTAC

Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarında şəhər sakini, Ceyhun Paşayevin qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əsaslı şübhələr yaranıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs şübhəli qismində saxlanılaraq Polis İdarəsinə gətirilib.

Şəxsi axtarış zamanı C.Paşayevin əlindəki sellofan torbadan 475 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri də uğurla nəticələnib. Belə ki, şəhər sakini, qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqda şübhəli bilinən Tofiq Abdullayev saxlanılarkən şəxsi baxış zamanı üzərindən 460 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.