MƏDƏNİYYƏT


Gəncədə tarixi abidələrin siyahıya alınmasına və pasportlaşdırılmasına başlanılmışdır

Gəncə, 29 dekabr (AZƏRTAC). Gəncədə tarixi abidələrin siyahıya alınması və pasportlaşdırılması üçün geniş tərkibli komissiya yaradılmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan komissiyanın əsas fəaliyyət istiqaməti şəhərdə olan tarixi abidələri müəyyənləşdirərək siyahıya almaq və pasportlaşdırmaqdan ibarətdir.

Bu işdə ən çox məsuliyyətin Gəncə Elm Mərkəzinin üzərinə düşdüyünü bildirən mərkəzin direktor müavini, tarixçi-alim Samir Pişnamazzadə AZƏRTAC-a demişdir ki, abidələr alimlərdən ibarət işçi qrupunun rəyi ilə pasportlaşdırılır. Ancaq bundan sonra barelyef hazırlanaraq həmin tarixi abidənin qarşısına vurulur.

Hazırda Gəncədə 400-dən artıq tarixi abidənin qeydiyyatdan keçirildiyini bildirən Samir Pişnamazzadə onu da əlavə etmişdir ki, bütün bu prosedurlar başa çatdıqdan sonra tarixi abidələrin kataloqu hazırlanacaqdır. Bundan sonra isə tarixi-mədəni abidələr haqqında məlumatları və şəkilləri əks etdirən ensiklopediyanın hazırlanması nəzərdə tutulmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.