CƏMİYYƏT


Gəncədə taxıl anbarlarında monitorinq keçirilib

Bakı, 22 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin ölkə üzrə keçirdiyi fitosanitar monitorinqlər çərçivəsində növbəti tədbir Gəncədə dənli bitkilərin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin anbarlarında aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sahələrdən toplanılan məhsulun zərərvericilərdən qorunması məqsədilə həyata keçirilən monitorinqlər zamanı “Gəncə dəyirman” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən idxal olunan buğda məhsulunda "düyü uzunburunu" və "sürünən kükrə" zərərvericiləri aşkarlanıb.

Qabaqlayıcı tədbirlərin görülməsi üçün dərhal bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə məlumat verilib. Zərərvericilərin sirayətlənmə dərəcəsi müəyyən edildikdən sonra 276 ton buğda məhsulunda fumiqasiya tədbirləri həyata keçirilib, 483 ton məhsul isə alaq otları toxumundan mexaniki üsullarla seçilərək təmizlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.