CƏMİYYƏT


Gəncədə təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub

Bakı, 11 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərinin Azərbaycan əsgəri küçəsində fiziki şəxs Qasımov Zaur Rasim oğluna məxsus “Tural” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.

Yoxlama zamanı şənlik mərasiminin müvafiq portalda (icaze.gov.az) qeydiyyatdan keçmədən təşkil edildiyi, masalar və oturacaqlararası məsafənin gözlənilmədiyi məlum olub.

Aşkarlanmış pozuntularla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.