SİYASƏT


Gəncədə törədilən hadisələr göstərir ki, bir qrup şəxs ölkədə çaxnaşma salmaq istəyir

Bakı, 16 iyul, AZƏRTAC

Gəncədə törədilən hadisələrə bir ziyalı kimi münasibətim çox mənfidir. Azərbaycanın sürətli inkişafı bir çox qüvvələrin xoşuna gəlmir. Onlar bunu qəbul edə bilmirlər ki, o qədər də böyük olmayan ölkə qısa bir zaman kəsiyində dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Azərbaycan beynəlxalq qurumlarda təmsil olunur və bütün dünya artıq bizi tanıyır, dəstəkləyir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində biz bir sıra üstünlüklər əldə etmişik. Azərbaycan xalqı da öz Prezidentini sevir, dəstəkləyir. Biz prezident seçkilərində bunun şahidi olduq. Gəncədə törədilən hadisələr göstərir ki, din pərdəsi altında bir qrup şəxs kimlərinsə əlində alətə çevrilərək ölkədə çaxnaşma salmaq, qarşıdurma yaratmaq, sözün əsl mənasında kimlərinsə dəyirmanına su tökmək istəyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin dekanı, dosent Hikmət Məmmədov deyib.

“Gəncədəki hadisəni törədən gənclər kimlərinsə göstərişi ilə bu işləri görürlər. Mən onların ailələrinə, böyüklərinə müraciət edirəm ki, övladlarını belə işlərdən çəkindirsinlər, onları şirnikləndirən yad qüvvələrdən, içimizdə olan Vətən xainlərindən uzaqlaşdırsınlar. Hər bir gənc öz dövləti, milləti ilə fəxr etməlidir. Azərbaycan gəncinin də qürur yeri müstəqil Azərbaycan dövlətidir, dövlətçiliyidir. Şəhidlərimizin qanı bahasına bu müstəqillik qazanılıb, dövlət qurulub, onu möhkəmləndirmək gənclərin müqəddəs borcudur. Təxribatlara uymaq, alətə çevrilmək, düşmən dəyirmanına su tökmək lazım deyil. Bizim daha vacib işlərimiz, həyata keçiriləsi planlarımız var. İşğal altında olan torpaqlarımız bizləri gözləyir. Ötən əsrin 90-cı illərini yadınıza salmaq istəyirəm. Ermənilər ölkəmizdə baş verən qarışıqlıqdan istifadə edib bir neçə rayonumuzu ələ keçirdilər. Bu, bizə bir dərs olmalıdır. Ona görə bir daha Gəncə hadisələrini, orda baş verənləri, bizim asayişimizin keşikçiləri olan Azərbaycan polisinə qarşı törədilən aktı pisləyirəm, insanlarımızı ayıq-sayıq olmağa, dövlətçiliyimizi qorumaq üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıram”, - deyə Hikmət Məmmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.