SİYASƏT
Gəncədə törədilən müharibə cinayətinin qurbanlarının xatirəsi Koreya Respublikasında da anılır
Pekin, 19 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də gecə vaxtı atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Koreya Respublikasındakı səfirliyinin binasının önündə xüsusi guşə yaradılıb.
AZƏRTAC xəbər verir ki, Seul sakinləri mülki əhaliyə qarşı xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət guşənin önünə gül-çiçək, uşaq oyuncaqları qoyur, başsağlığı verir və yaralılara şəfa diləyirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:09]
Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib
- 25.04.2024 [13:33]