SİYASƏT


Gəncədə törədilən terror aktları nəticəsində həlak olan həmvətənlərimizin xatirəsi Latviyada da anılır FOTOLAR VİDEO

Riqa, 18 oktyabr, AZƏRTAC

Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri, cəbhə bölgəsindən 80 kilometr məsafədə yerləşən Gəncə şəhərinə oktyabrın 11-də və 17-də raket zərbələri endirməsi nəticəsində həlak olan vətəndaşlarımızın xatirəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən də anılır, bu barədə həqiqətlər həmin ölkələrin ictimaiyyətinə çatdırılıb.

AZƏRTAC xəbər verir ki, belə aksiyalardan biri də Azərbaycanın Latviyadakı səfirliyinin binası qarşısında təşkil olunub. Gəncədə törədilən terror aktları nəticəsində həlak olan həmvətənlərimizin xatirəsini yad etmək üçün səfirliyin binası qarşısında soydaşlarımız tərəfindən guşə yaradılıb. Guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin hədəfə alınması nəticəsində həlak olan vətəndaşlarımızın fotoları, bu qanlı terror aktlarının fəsadlarına dair şəkillər və məlumatlar nümayiş etdirilir.

Bu ölkədə yaşayan vətəndaşlarımız, eləcə də yerli sakinlər səfirliyin binası qarşısına gələrək guşənin önünə gül dəstələri və şamlar düzür, şəhidlərimizin xatirəsinə dərin ehtiramlarını bildirərək, xalqımızla həmrəylik nümayiş etdirirlər.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən çox mülki şəxs yaralanıb, çoxlu sayda mülki infrastruktur obyektinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 11-də gecə saat 02 radələrində isə düşmənin Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını məqsədli şəkildə SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub, 40-dək insan, o cümlədən 10 qadın və 9 azyaşlı xəsarət alıb. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.