SİYASƏT


Gəncədə törətdiyi terror aktları Ermənistanın faşist mahiyyətini bir daha ortaya qoyur

Bakı, 17 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Ermənistanın Gəncəyə raket hücumları onun törətdiyi vandalizm və terror aktlarıdır. Gecə saatlarında Gəncənin raket atəşinə tutulması aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan alması kimi qiymətləndirilməlidir. Ölənlər və yaralananlar arasında körpələrin olması düşmənin faşist mahiyyətini bir daha ortaya qoyur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

İlqar Vəlizadə qeyd edib ki, Azərbaycan Ordusu tarix yazaraq ərazilərimizi düşmən tapdağından xilas edir. Ermənilərin məqsədi mülki əhalini qorxutmaq, panika yaratmaq, onları yurd-yuvalarını tərk etməyə məcbur etməkdir. Düşmən 30 il əvvəlki kimi, etnik təmizləmənin coğrafiyasını genişləndirmək niyyətindədir. Amma Azərbaycan dövləti və ordusu buna imkan verməyəcək.

Politoloq diqqətə çatdırıb ki, Ermənistanın başqa planlarının da olduğu heç kimə sirr deyil. İşğalçı ölkənin müdafiə naziri də bu planlar barədə açıqlama vermişdi. Məqsəd yeni müharibə ilə yeni ərazilər əldə etmək idi. Təbii ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan buna heç cür imkan verməzdi: “Dövlətimizin başçısı iştirak etdiyi bütün platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırdı və Ermənistan rəhbərliyinin iç üzünü, faşist mahiyyətini ifşa etdi. Əgər dünya ölkələri 30 ildir ki, işğaldan əziyyət çəkən Azərbaycana kömək edə bilmirsə, BMT-nin 4 qətnaməsi qulaqardına vurulursa, o zaman biz öz işimizi özümüz görməliyik. Biz öz torpaqlarımız uğrunda vuruşuruq”.

İlqar Vəlizadə bildirib ki, başqa vaxt humanizmdən, sülhdən danışan dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu niyə susur? Onlar atəşkəsə məhəl qoymayan, mülki əhalini hədəfə alan Ermənistanı bu yoldan çəkindirməlidir, əməllərinə görə onu cəzalandırmalıdır. Ermənistanın tutduğu yol onu uçuruma aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.