REGİONLAR
Gəncədə ümumşəhər iməciliyi keçirilib
Gəncə, 2 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə şəhər iməciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idarə, müəssisə və təşkilatların əməkdaşlarının iştirakı ilə keçirilən ümumşəhər iməciliyi Gəncənin qərb və şərq girişlərində təşkil olunub. Hava limanı yolu və Nizami Gəncəvi məqbərəsinin ətrafında təmizlik işləri aparılıb.
Təmizlik aksiyasında yol kənarlarına əkilən müxtəlif növ ağacların qurumuş budaqları budanıb, qurumuş ağaclar yeniləri ilə əvəzlənib. Ərazilər alaq otlarından təmizlənib, ot örtüyü biçilərək sahmana salınıb. Bunlarla yanaşı, ərazidə olan daş və digər tullantılar toplanıb.
Ekoloji tarazlığın qorunması və bərpası məqsədilə keçirilən ümumşəhər iməciliyinin hər həftə təşkil olunması nəzərdə tutulur.