CƏMİYYƏT


Gəncədə və Sumqayıtda oğurluq edən şəxslər tutulublar

Bakı, 15 sentyabr, AZƏRTAC

Gəncə və Sumqayıt şəhərlərində oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 10-da Kəpəz rayonu ərazisindəki mağazalardan birinin saxlanc yerindən 2 nəfərə məxsus içərisində pul, mobil telefon və sənədlər olan çantaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini İ.Həsənov və Daşkəsən rayon sakini P.Hüseynova Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Sentyabrın 12-də isə Sumqayıt şəhər ərazisində bir avtomobildən 150 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini N.Aslanov Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.