İDMAN


Gəncədə veloyürüş təşkil olunub

Bakı, 1 mart, AZƏRTAC

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Yol Patrul Xidmətinin və təcili tibbi yardım xüsusi avtonəqliyyatının müşayiəti ilə Gəncədəki Heydər Əliyev Park Kompleksindən Şəhidlər xiyabanı marşrutu üzrə veloyürüş keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirin əsas məqsədi idmançılarda vətənpərvərlik ruhunun aşılanması və 44 günlük müharibənin Azərbaycan xalqı üçün əsl qəhrəmanlıq tarixi nümunəsinin olmasını təbliğ etməkdir.

On yeddi idmançının iştirakı ilə keçirilən veloyürüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi, əməkdaşlar və iştirakçılar Şəhidlər xiyabanına gələrək, memorial kompleksi ziyarət edib, Vətən müharibəsində şəhid olanların məzarına gül dəstələri düzüb və əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.