ELM VƏ TƏHSİL
Gəncədə yüksək balla ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirilmişdir
Gəncə, 11 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında yüksək bal toplayaraq respublikamızın ali məktəblərinə daxil olmuş gənclərlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 600-dən çox tələbənin iştirak etdiyi tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov çıxış edərək Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, dövlətimizin, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəblər” layihəsi çərçivəsində görülən işlərdən danışmışdır.
Sonra tədbirdə iştirak edən şəhər ziyalıları çıxış edərək gənclərə öz tövsiyələrini vermiş, müstəqil Azərbaycanın gələcək kadrlarına elmin sirlərinin mənimsənilməsində uğurlar arzulamışlar.
Görüşdə ən yüksək bal toplamış tələbələrə hədiyyələr verilmiş, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmiş bir qrup gəncə isə üzvlük vəsiqələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]