CƏMİYYƏT


Gəncədəki Yəhudi Dini İcmasının üzvləri: Ermənistan humanitar atəşkəsə baxmayaraq, dinc sakinləri atəşə tutur VİDEO

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal Gəncədəki Yəhudi Dini İcmasının üzvləri ilə görüşüb

Gəncə, 18 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal oktyabrın 18-də Gəncədəki Yəhudi Dini İcmasının üzvləri ilə görüşüb.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, görüşdə icma üzvləri baş ravvinə Ermənistan ordusunun törətdiyi qanlı terror aktı, dinc əhalini hədəfə alması və nəticədə çoxlu sayda mülki şəxsin həlak olması və yaralanması barədə məlumat veriblər. Bildirilib ki, dinc əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrinə raket və ağır artilleriya atəşləri nəticəsində dinc sakinlər həlak olur, yaralanır, evlər, mülki obyektlər dağıdılır. Amma düşmənin xain hücumları sakinləri qətiyyət qorxutmur. Əhali arasında heç bir qorxu hissi yoxdur. Çünki əhali Azərbaycan Ordusunun gücünə inanır.

“Bizim əsas narahatçılığımız uşaqlarla bağlıdır. Humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan ordusu dinc sakinləri atəşə tuturlar. Biz çox sülhsevər xalqıq. Azərbaycan dövləti tərəfindən bizim üçün hər cür şərait yaradılıb”, - deyə icma üzvləri bildiriblər.

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal icma üzvlərinin qayğı və problemləri ilə maraqlanıb.

Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, azı 13 nəfər həlak olub, 45-dən çox mülki şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, oktyabrın 11-də də düşmənin Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını məqsədli şəkildə SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olmuşdu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanmışdı. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəymişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.