REGİONLAR


Gəncədəki dövlət xəstəxanalarında ilk dəfə olaraq laparoskopik əməliyyatlar keçiriləcək

Gəncə, 20 iyun, Rauf Hacıyev, AZƏRTAC

Gəncədəki dövlət xəstəxanalarında, xüsusən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında ilk dəfə olaraq laparoskopik əməliyyatlara başlanılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səhiyyə naziri tərəfindən şəhər Səhiyyə idarəsinə yeni təyin edilən rəisi ictimaiyyət nümayəndələrinə təqdim edərkən məlumat verib.

Hazırda dünya səhiyyəsinə inteqrasiya yolunda olan Azərbaycan səhiyyəsinin bugünkü inkişafından və əldə etdiyi uğurlarından danışan Elmar Vəliyev bildirib ki, son illər respublikamızın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də müasir standartlara cavab verən yeni dövlət və özəl xəstəxanaları fəaliyyətə başlayıb. Həmçinin bir çox dövlət xəstəxanaları müasir tələblər səviyyəsində yenidən qurularaq əhalinin xidmətinə verilib.

Elmar Vəliyev qeyd edib ki, bu vaxta qədər Gəncədəki bir çox özəl xəstəxanalarda endoskopik əməliyyatlar aparılsa da, şəhərdəki dövlət xəstəxanalarında bu cür əməliyyatlar aparılmırdı. Yenidən qurulmuş, peşəkar kadrlarla və müasir tibbi avadanlıqlarla təmin edilmiş dövlət xəstəxanalarında da tezliklə laparoskopik əməliyyatlar həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.