REGİONLAR


Gəncədəki uşaq evlərində oftalmoloji müayinələr keçirilib

Gəncə, 14 avqust, Rauf Hacıyev, AZƏRTAC

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB), Səhiyyə Nazirliyi və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə oftalmoloji müayinələr keçirilib.

AZƏRTAC xəbər verir ki, bu dəfəki müayinələr uşaq evlərindəki sağlamlıq imkanları məhdud şəxsləri və sosial xidmət müəssisələrindəki uşaqları əhatə edib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının, mərkəzin Gəncə şəhərindəki regional şöbəsinin peşəkar həkim briqadası tərəfindən müayinələr ödənişsiz qaydada aparılıb. Uşaqlar qlaukoma, katarakta, çəpgözlük, gözün müxtəlif iltihabi xəstəlikləri, göz dibi patologiyası və digər müayinələrdən keçirilib.

Ümumilikdə 30-dan çox uşaq göstərişə uyğun eynək və dərman vasitələri ilə təmin olunub. Əməliyyata ehtiyacı olan xəstələr akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə dəvət edilib.

Qeyd edək ki, RİİB-in dəstəyi ilə müxtəlif regionlarda mütəmadi olaraq tibbi müayinələr təşkil edilir. Bu aksiyaların digər regionlarda da davam etdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.