REGİONLAR


Gəncənin Nizami və Kəpəz inzibati ərazi bölgüsünün ləğv edilməsi şəhərin idarəçiliyində keyfiyyəti daha da yüksəldəcək

Gəncə, 7 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Hər bir müasir dövlətin idarəçilik sisteminin dayanıqlı fəaliyyəti və inkişafı üçün vacib amil olan şəffaflığın və hesabatlılığın artırılmasına Azərbaycanda daim xüsusi diqqət yetirilir. Bu istiqamətdə mühüm nəticələr əldə olunub. Eyni zamanda, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, informasiyanın əldə edilməsində daha geniş ictimai nəzarətin təmin olunması, iştirakçılığın artırılması və vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri də davam etdirilməkdədir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, idarəçilikdə şəffaflığın və operativliyin möhkəmləndirilməsi, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması daim əsas prioritet vəzifə hesab edilməlidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu idarəçilik islahatları fonunda vətəndaş-məmur münasibətləri sahəsində də bir çox irəliləyişlərə nail olunub. Düşünürəm ki, Gəncənin Nizami və Kəpəz inzibati ərazi bölgüsünün ləğv edilməsi bu şəhərdə idarəçilikdə keyfiyyətini daha da yüksəldəcək. Vahid idarəçiliklə vətəndaşlara xidmət daha da səmərəli və nəticəli olacaq. Çünki hazırkı vəziyyətdə insanlar bir sıra problemlərlə üzləşirlər. Məsələn hər hansı bir şəxs bəzən sənədlərini düzəltmək, işə qəbul olmaq və s. səbəblərə görə çaş-baş qalır, haraya müracət edəcəyini bilmir. Ancaq sözügedən rayon bölgüsü ləğv edilsə, vətəndaşlar həm vaxtına qənaət edər, həm də vahid bir yerə müraciət edəcəyini öyrənmiş olarlar. İdarəçilikdə bu cür addımların atılması birbaşa vətəndaşların rahatlığına yönəlib”.

Deputat qeyd edib ki, vahid mərkəzdən idarəçilik çoxmərtəbəli idarəetmə sistemini tamamilə aradan qaldıracaq və vətəndaşlarda məmnunluq yaradacaq. “Gəncə sakinlərinin də bu bölgünün ləğv edilməsindən razı qalacaqlarına əminəm. Bununla biz vətəndaş razılığını daha çox təmin edəcəyik”, - deyə o vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.