SİYASƏT


Gəncənin qisasını alan Azərbaycan Ordusu düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etdi VİDEO

Bakı, 17 oktyabr, AZƏRTAC

Çirkin, məkrli və qorxaq xislətinə uyğun olaraq döyüş meydanında acizliyini başa düşəndə dinc əhalini atəşə tutan Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusundan daha bir sarsıdıcı zərbə alıb. Qəhrəman Azərbaycan Ordusu düşmənin xaincəsinə yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan şəhidlərimizin qisasını məhz döyüş meydanında alır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası rəşadətli Azərbaycan Ordusunun bölmələri tərəfindən məhv edilib.

AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla həmin videogörüntüləri təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.