Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncənin tarixini yaşadan məkan - Səbzikar qəbiristanlığı FOTO VİDEO

Gəncə, 16 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncənin əsrlərlə yaşı olan “Səbzikar” qəbiristanlığı bir çox tarixi faktları və İslam-Şərq memarlığının nümunələrini özündə qoruyub saxlayır. Bu məzarlıqda şəhərin nüfuzlu şəxsləri, din və elm xadimləri, həmçinin tanınmış nəsillərin nümayəndələri dəfn olunub. Hazırda qəbiristanlıqdakı bir çox məzar və türbələrin bərpaya ehtiyacı var. Gələn ildən həmin abidələrin bərpasına başlanılacağı gözlənilir.

AZƏRTAC-ın bölgə müxbiri tarixçi Bəxtiyar Məhərrəmovla birgə “Səbzikar” qəbiristanlığına baş çəkib, məzarlığın tarixi ilə maraqlanıb.

Ta qədimdən Gəncənin əksər məhəllələrində məscidlərlə yanaşı, qəbiristanlıqlar da mövcud olub. Lakin müəyyən tarixi hadisələr nəticəsində həmin məzarlıqlar məhv edilib. Onlardan günümüzədək gəlib çatanı isə yalnız “Səbzikar” məzarlığıdır. Burada yaşı iki əsrdən çox olan yüzlərlə məzar və sərdabə mövcuddur. Məzarlığın “Səbzikar” adlandırılması vaxtilə bu ərazidə göyərti becərilməsi ilə bağlıdır.

Tarixçi Bəxtiyar Məhərrəmov qəbiristanlıqda tanınmış nəsillər və ictimai xadimlərlə yanaşı, bir çox dini təriqət üzvlərinin də məzarlarının olduğunu deyib. Bildirib ki, “Səbzikar” qəbiristanlığında tikilən türbələrdə qədim Gəncə-Aran memarlıq üslubu ilə yanaşı, Təbriz memarlıq üslubuna da rast gəlmək olur.

Qəbiristanlıqda olan qədim türbə və məzarların çoxu Gəncə memarlığına xas olan dördkünc qırmızı bişmiş kərpicdən inşa edilib. Bu türbələri bir-birindən fərqləndirən əsas amil hörgü üslubudur. Bir çox türbələrin içərisindəki kitabələrdə onun daxilində dəfn olunan insanın kimliyi bildirilir. Burada Azərbaycan tarixində önəmli rol oynayan Xan Xoyskilərin, XX əsrin xeyriyyəçilərindən olan Hacı Mirqasım Ağanın, XIX-XX əsrlərdə yaşayıb-yaratmış Əsgər Ağa Goraninin türbələri də memarlıq tikintisinə görə seçilir.

“Səbzikar” qəbiristanlığındakı türbə və məzarların tarixi ilə maraqlanan Elçin Əsgərov bildirib ki, burada Gəncənin bir çox tanınmış nəsillərinin sərdabələri, Qarabağ xanlarının ailə üzvlərinin, Abdulla Sur və Məhəmməd Hadi kimi tanınmış şəxslərin məzarları da var. Həmçinin burada “Difai fədailəri” memorial kompleksi də var. Kompleksin ideya müəllifi və inşa etdirəni Adil Mirzəyev, layihə rəhbəri Tahir Misirov, heykəltəraşı isə Asəf Həsənovdur. Bu kompleksdə Cavad xanın, Şah İsmayıl Xətainin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında müstəsna rol oynamış dövlət xadimlərinin büstləri yer alır. Burada Məhəmmədhüseyn Şəhriyara həsr olunan xatirə lövhəsi də var.

Məzarlıqda mövcud olan və tarixi önəm kəsb edən abidələrin qorunması üçün 2012-ci ildə təmir işləri aparılıb, ərazisi 4 tərəfdən hasarlanıb. Ümumi uzunluğu 1200 metrdən artıq olan hasar Gəncə memarlıq üslubuna uyğun olaraq qırmızı kərpicdən inşa edilib. Narahatlıq doğuran məqam ondan ibarətdir ki, əksər memarlıq nümunələri sonradan üzərinə lövhə və şəkillər vurulmaqla korlanıb. Bir çox tarixi məzar və türbələr isə baxımsızlıqdan ya dağılıb, ya da dağılmaq üzrədir.

"Səbzikar" Dəfn Xidmətləri MMC-nin direktoru Ələddin Hüseynov bununla bağlı danışarkən bildirib ki, məzarlıqda olan tarixi türbə və qəbirlərin bəzilərinin bərpası üçün müvafiq qurumlara müraciət olunub. Artıq bir neçə abidənin siyahıya alınması prosesi yekunlaşıb. Növbəti ildə abidələrin restavrasiyası üçün işlərin görülməsi nəzərdə tutulub.

Gəncənin tarixini yaşadan məkan - Səbzikar qəbiristanlığı FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur