İQTİSADİYYAT


Gəncənin üç dildə turist xəritəsi hazırlanıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Gəncə şəhərinin turist xəritəsi hazırlanıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, respublikamızın ikinci ən böyük şəhəri olan Gəncə özünün tarixi-mədəni abidələri və digər infrastruktur obyektləri ilə turistlərin diqqətini cəlb edir. Turistlər bu xəritədən istifadə etməklə Gəncə şəhərinin tarixi və mədəni abidələrlə yanaşı, mehmanxanalar, restoranlar və digər zəruri obyektlər haqqında məlumatlar əldə edə biləcəklər.

Turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Gəncə şəhərində fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür.

2016-cı ildən başlanılan bu layihə çərçivəsində bu günədək Quba, Qusar, Xaçmaz və Şəkinin turist xəritələri hazırlanıb, digər şəhər və rayonların (Mingəçevir, Qəbələ, Lənkəran, Qax, İsmayıllı, Şamaxı, Bərdə) turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.