SİYASƏT


Gəncəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi Azərbaycanın İspaniyadakı səfirliyi qarşısında yad edilib VİDEO

Madrid, 20 oktyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə qarşı həyata keçirilmiş təcavüz aktları ilə bağlı oktyabrın 19-da Madrid şəhərində, Azərbaycan səfirliyinin inzibati binasının qarşısında xatirə guşəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin məqsədli şəkildə hədəfə alınması nəticəsində həlak olanları əks etdirən fotolar, Ermənistanın törətdiyi növbəti müharibə cinayətlərinin fəsadlarına dair müxtəlif materiallar, infoqram və məlumatlar nümayiş etdirilib.

İspaniyada yaşayan vətəndaşlarımız, eləcə də İspaniya ictimaiyyətinin nümayəndələri səfirliyin binası qarşısına gələrək guşənin önünə gül dəstələri və şamlar düzüb, Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirmiş mülki şəxslərin xatirəsinə dərin ehtiramlarını ifadə edərək, bu təcavüz aktından təsirləndiklərini, böyük kədər hissi keçirdiklərini bildiriblər.

2020-ci il oktyabrın 17-də Ermənistanın Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması ilə bağlı səfirlik tərəfindən hazırlanmış kommünike iştirakçılara təqdim edilib. İspaniya ictimaiyyətinin nümayəndələri Ermənistanın dinc əhaliyə qarşı müharibə cinayətləri törətməsini, mülki əhalini məqsədli şəkildə hədəf almasını kəskin şəkildə pisləyib, bu cür cinayət əməllərinin bir daha törədilməməsi üçün beynəlxalq ictimaiyyətin təcavüzkar dövlətə sərt şəkildə etiraz etməsinin vacib olduğunu bildiriblər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.