Gənclər COVID-19 ilə bağlı maarifləndirmə işlərini davam etdirirlər
AzerTAg.az
Ağcabədi, 29 may, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən Avropa İttifaqının maliyyə yardımı, UNICEF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ağcabədi rayonunda icra olunan “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində COVID-19 ilə bağlı maarifləndirmə və ailələrə psixososial dəstək işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, GTM Qarabağ ofisinin əməkdaşları tərəfindən UNICEF-in təşəbbüsü, USAID-in maliyyə dəstəyi ilə COVID-19 haqqında hazırlanan maarifləndirmə materialları əhali arasında paylanılır. Maarifləndirmə kampaniyasında Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, Mərkəzi Xəstəxananın, Ağcabədi Regional Mədəniyyət İdarəsinin, Təhsil şöbəsinin əməkdaşları, Karyera və İnkişaf Mərkəzinin rayon şöbəsinin üzvləri yaxından iştirak edirlər. Kampaniya çərçivəsində qısa müddətdə 9036 nəfər məlumatlandırılıb, əhaliyə 1506 dəst maarifləndirici material paylanıb, 122 ailəyə psixososial dəstək göstərilib.
GTM Qarabağ ofisi və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən 130 ailəyə, o cümlədən “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində Mərkəzdən bəhrələnən 50 ailəyə Ramazan bayramı münasibətilə ərzaq sovqatları paylanılıb.






Xəbərin mətnində orfoqrafik səhv var