MƏDƏNİYYƏT
Gənclər Filarmoniyada konsert verəcək
Bakı, 26 fevral, AZƏRTAC
“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert martın 1-də olacaq.
AZƏRTAC xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq konserti Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Konsert çərçivəsində gənc ifaçılar - Aydan Salamova (violin), Natəvan Həsənli (qanun), Arslan Növrəsli (tar) tərəfindən tanınmış gənc və klassik bəstəkarların əsərləri səsləndiriləcək.
Qeyd edək ki, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində hər il mütəmadi olaraq konsert proqramları təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]