CƏMİYYƏT


Gənclər Fondunun icraçı direktoru təyin olunub, Müşahidə Şurasının tərkibi təsdiqlənib

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Gənclər Fondunun Müşahidə Şurasının sədrinin, üzvlərinin və icraçı direktorunun təyin edilməsi barədə sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, Fərid Cəfərov Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin imzaladığı digər Sərəncamla isə Fondun Müşahidə Şurasının tərkibi təsdiqlənib. Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Fondun Müşahidə Şurasının sədri təyin olunub. Gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini İlham Hümbətov isə Müşahidə Şurasının üzvləri təyin ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.