CƏMİYYƏT


Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Deyilən söz yadigardır” layihəsinin icrasına yekun vurulub

Bakı, 5 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Deyilən söz yadigardır” layihəsinin icrasına yekun vurulub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində “Danışdıqlarım və mən” mövzusunda silsilə təlimlər keçirilib. Təlimlərdə məktəblilər əvvəlcədən müəyyənləşdirilən mövzular üzrə fərdi qaydada çıxışlar edib, sualları cavablandırıblar.

Layihə rəhbəri Cavid Abdullayev iştirakçıların təlimlərdə öyrəndikləri biliklərdən gündəlik həyatda istifadə yolu ilə özlərini daha yaxşı ifadə edəcəklərinə və uğur qazanacaqlarına əminliyini bildirib.

Sonda layihənin iştirakçılarına sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.