REGİONLAR
Gənclər Gəncə Uşaq Xəstəxanasının divarlarını “Gülümsədən rəsmlər”lə bəzəyiblər
Gəncə, 6 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gənclər Fondunun elan etdiyi 12-ci qrant müsabiqəsi çərçivəsində Gəncə şəhərində yerləşən 1 saylı uşaq xəstəxanasında “Gülümsədən rəsmlər” adlı ikigünlük layihə icra olunub.
Layihənin rəhbəri Lalə Novruzova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məqsəd uşaq xəstəxanasını uşaqlar üçün rəngarəng, əyləncəli və maraqlı mühitə çevirmək, gənc rəssamların bacarıq və qabiliyyətlərini nümayiş etdirməyə şərait yaratmaq, gəncləri sosialyönümlü fəaliyyətə cəlb etməkdir. Layihə çərçivəsində xəstəxananın rəhbəri, psixoloq və həkimləri tərəfindən əvvəlcədən təqdim olunmuş eskizlər seçilib. Seçilən ən yaxşı rəsmlər 20 gənc rəssam tərəfindən xəstəxananın divarlarına köçürülüb.
Uğurla başa çatan layihənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]