CƏMİYYƏT


Gənclər Günü münasibətilə Ulu Öndərin məzarı və Şəhidlər xiyabanı ziyarət edilib

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Gəncləri Günü münasibətilə Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, tanınmış idmançılar və müxtəlif gənclər təşkilatlarının nümayəndələri fevralın 2-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bu əlamətdar günü gənclərimizə bəxş etmiş Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin minnətdarlıq hissi və ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Həmçinin “Əbədi məşəl” və “Türk şəhidliyi” abidələri də ziyarət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.