REGİONLAR


Gənclər Heydər Əliyev Muzeyini ziyarət ediblər

Naxçıvan, 7 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə bir qrup gənc Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muzey bələdçisi Ümummilli Liderimizin həyatı və onun ictimai-siyasi fəaliyyəti barədə danışıb, muzeydə sərgilənən dəyərli eksponatlarla gəncləri tanış edib. İştirakçılara Ulu Öndərin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, dahi rəhbərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən imzaladığı qərarlar, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib. Muzeydə sərgilənən eksponatlar gənclər tərəfindən maraqla izlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əks etdirən muzey 1999-cu il mayın 10-dan fəaliyyət göstərir. 5200-ə yaxın eksponatın nümayiş və mühafizə olunduğu muzeydə “Xalqımla həmrəyəm”, “Qayıdış”, “Naxçıvan yaşayır və döyüşür” bölmələri təşkil olunub. Muzeyin kitabxanasında Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar mühafizə və nümayiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.