MƏDƏNİYYƏT


Gənclər Kamera Orkestri Bakı Ali Neft Məktəbinin qonağı olub

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) konqres zalında Azərbaycan və SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor Fərhad Bədəlbəylinin bədii rəhbərliyilə fəaliyyət göstərən “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

Ali Neft Məktəbindən AZƏRTAC-a bildirilib ki, orkestr Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundovanın rəhbərliyi və Əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında BANM-in professor-müəllim heyəti, administrativ heyəti və tələbləri üçün unudulmaz anlar yaşadıb. Doqquz solist və on altı üzvdən ibarət Gənclər Kamera Orkestri ölməz bəstəkarlar – Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi və Aqşin Əlizadənin əsərlərini səsləndirib.

Bütövlükdə orkestrin və gənc solistlərin ifaları BANM kollektivi tərəfindən alqışlarla qarşılanıb. BANM-in rektoru Elmar Qasımov BMA-nın prorektoru, professor Yeganə Axundovaya gözəl ifa və əməkdaşlıq üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyətə başlayıb. Orkestrin tərkibinə gənc beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.