MƏDƏNİYYƏT


Gənclər Kitabxanası “Əhmədiyyə Cəbrayılov 100” adlı biblioqrafik icmal tərtib edib

Bakı, 14 sentyabr, AZƏRTAC

Bu il Azərbaycan xalqının cəsur övladı, əfsanəvi partizan, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Fransa Müqavimət hərəkatının iştirakçısı "Armed Mişel", "Ryus Armed", "Хаrqo" kimi tanınan Əhmədiyyə Cəbrayılova həsr olunmuş “Əhmədiyyə Cəbrayılov 100” adlı biblioqrafik icmal tərtib edib.

AZƏRTAC xəbər verir ki, biblioqrafik icmalda əfsanəvi qəhrəmana həsr edilən kitabların, dövri mətbuatda çap edilən məqalələrin bir qismi yer alıb. Burada, həmçinin Əhmədiyyə Cəbrayılovun Milli Qəhrəman olan oğlu haqqında da məlumat verilib.

Müasir dövrümüzdə Vətənimizin gələcəyi gənclərimizin düşüncə tərzi, intellektual səviyyəsi, milli ruhda tərbiyə alması, Vətəni sevmək kimi vacib amillərdən çox asılıdır. Bütün bunları vacib sayaraq, biblioqrafik icmalda Azərbaycan və xarici dillərdə olan mənbələr, elektron resurslar, Əhmədiyyə Cəbrayılovun gündəliyindən səhifələr, Vətən haqqında atalar sözləri öz əksini tapıb.

Azərbaycanın qəhrəman övladı, Fransa Müqavimət hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılova həsr olunmuş biblioqrafik icmala izləyicilər http://ryl.az/sened/ec.pdf linki vasitəsilə baxa bilərlər.

Qeyd edək ki, Əhmədiyyə Cəbrayılovun xatirəsinə həsr edilən tədbirlər Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.