MƏDƏNİYYƏT


Gənclər Kitabxanası Milli Qəhrəman Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb

Bakı, 5 avqust, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fəaliyyət göstərdiyi uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusuna xüsusi diqqət ayırıb, bu sahədə gəncləri maarifləndirməyi ən mühüm vəzifəsi hesab edib. Bu məqsədlə kitabxananın sosial şəbəkələrində Fəxrəddin Cəbrayılov, Şükür Həmidov, Salatın Əsgərova, Albert Aqanurov, Fərid Əhmədov, Yuriy Kovolyov, Şahlar Şükürov, Aqil Məmmədov və başqaları haqqında videoçarxlar hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu gün də kitabxana Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb. Virtual sərgi kitabxananın sosial şəbəkələr üzərindən həyata keçirdiyi “Tariximizin qəhrəmanlıq imzası” layihəsi çərçivəsində təşkil olunub. Virtual kitab sərgisində Mübariz İbrahimovun həyatı, döyüş yolu, qəhrəmancasına həlak olması, hətta səngərdən ailəsinə yazdığı məktub belə öz əksini tapıb. Bundan əlavə Azərbaycanın qəhrəman oğlu haqqında qələmə alınan 15-dən çox kitab da sərgidə yer alıb.

Gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldəlməsinə, izləyicilərimizi Azərbaycanın Milli qəhrəmanı haqqında məlumatlandırmağa yönəldilmiş bu virtual kitab sərgisi qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplayıb.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Əfsanəvi qəhrəman” adlı virtual kitab sərgisi ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://www.instagram.com/p/CDLn0PPhqMo/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.