REGİONLAR


Gənclər “Soyuq Günəş” filmini izləyiblər

Naxçıvan, 2 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində 5 dekabr - Beynəlxalq Gənclər Günü ilə bağlı könüllü gənclər üçün film nümayişi təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hazırlanan tədbirlər planı çərçivəsində nümayiş etdirilən film gənclər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, 2020-ci ildə yayımlanan “Soyuq Günəş” Azərbaycan və ləzgi dillərində lentə alınmış ilk bədii film hesab olunur. Sözügedən ekran işi baş qəhrəmanlar Yarqunat və Yarmətin sevgi hekayəsi fonunda müharibə problemləri və məhəbbət mövzusunu əhatə edir. Film ləzgi xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərini əks etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.