CƏMİYYƏT


Gənclər Təşkilatları Milli Şurasının XVIII hesabat-seçki qurultayı keçirilib

Bakı, 2 dekabr, AZƏRTAC

Ölkəmizin ən böyük gənclər platforması olan və sıralarında 143 gənclər təşkilatını birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVIII hesabat-seçki qurultayı keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən qurultayda rəsmi şəxslər, beynəlxalq və yerli təşkilatların, Şuraya üzv olan gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbə nəticəsində artıq qalib ölkənin gəncləri kimi daha qürurlu və məğrur olduqlarını vurğulayıb. O, təşkilatın öz fəaliyyətini dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq aləmdə layiqli təmsilçilik prinsiplərini rəhbər tutaraq həyata keçirdiyini bildirib.

Sonra şuranın 2020-2021-ci illərdə fəaliyyətinə dair hesabat məruzəsi təqdim olunub.

Təqdimatdan sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək gənclərin Vətən müharibəsində istər ön, istərsə də arxa cəbhədə yüksək fəallıq və vətənpərvərlik göstərərək şanlı Zəfərin qazanılmasına mühüm töhfələr verdiklərini vurğulayıb, gənclərin cəmiyyətdəki rolundan danışıb. O, şuranın Gənclər Fondu ilə uğurlu əməkdaşlığı nəticəsində həyata keçirilən bir sıra layihələrin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib.

Sonra seçkilər keçirilib və səsvermə nəticəsində Azər Əliyev yenidən Gənclər Təşkilatları Milli Şurasının sədri seçilib. Qurultayda, həmçinin şuranın idarə heyətinin və mərkəzi nəzarət-təftiş komitəsinin üzvləri və sədr müavinləri də müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.