REGİONLAR


Gənclər Təşkilatları Milli Şurasının əməkdaşları Gəncədə erməni terrorunun izləri ilə tanış olublar VİDEO

Gəncə, 11 noyabr, M.Əlioğlu, foto A.Məmmədov, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) əməkdaşları noyabrın 11-də Gəncəyə səfər ediblər.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar.

Məlumat verilib ki, döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Gəncə şəhəri məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş faşistsayağı hücumlar nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 26 dinc sakin həlak olub, xeyli insan yaralanıb.

Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.