CƏMİYYƏT


Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri beynəlxalq layihənin planlaşdırma görüşündə iştirak ediblər

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) 2018-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ proqramının qrant müsabiqəsində qalibi olduğu “Start it up, keep it Up” layihəsinin tərəfdaşlarından olan Əskişəhər İnkişaf Dərnəyinin təşkilatçılığı ilə layihənin planlaşdırma görüşü keçirilib.

NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, 2020-ci ilin sonuna qədər davam edəcək layihənin məqsədi gəncləri sosial sahibkarlıq prosesində iştiraka həvəsləndirmək və maarifləndirməkdir.

Layihənin iştirakçıları olan NAYORA-nın sədri Məryəm Məcidova, beynəlxalq əlaqələr üzrə katibi Aydın Mehdiyev və tərəfdaş təşkilatların nümayəndələri Əskişəhərin Təpəbaşı bələdiyyəsinin Sosial Sahibkarlıq İnkubasiya Mərkəzini ziyarət edib, Mərkəzin direktoru ilə görüşüb, layihə çərçivəsində görüləcək işlərlə bağlı müzakirələr aparıblar.

Planlaşdırma görüşü ilə start verilən layihə çərçivəsində Xorvatiya, Yunanıstan və Latviyada üç təlim kursu, Azərbaycanda Sosial Sahibkarlıq Forumu və Bolqarıstanda yekun hesabat görüşü keçiriləcək.

Gənclərin sosial yönümlü startaplar vasitəsilə mühüm dəyişiklər etməyə həvəsləndirilməsi, gənc sahibkarların potensialının artırılması, sosial sahibkarlığın təsirinin qiymətləndirilməsi və sosial startaplarını yaratmaları üçün gənclərin imkan və vasitələrlə təmin edilməsi və s. layihənin əsas hədəflərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.