CƏMİYYƏT


Gənclər Təşkilatlarının V Konqresi keçiriləcək

Gənclər Təşkilatlarının V Konqresi keçiriləcək

Bakı, 27 noyabr, AZƏRTAC

Dekabrın 8-dən 10-dək Gənclər Paytaxtı Tovuz şəhərində Gənclər Təşkilatlarının V Konqresi təşkil olunacaq.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, konqres nazirliyin, Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Artıq 5-ci dəfə təşkil olunan konqres gənclər təşkilatlarının yeni tərəfdaşlıq əlaqələri qurmalarına dəstək olmaq, gənclərlə iş və gənclər siyasəti ilə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarə edilməsi sahəsində yeni mexanizmlərin yaradılmasını təmin etmək məqsədi ilə təşkil olunacaq.

Konqresdə iştirak etmək üçün https://forms.gle/4BBuK39auSEx9Xqm7 linki vasitəsilə qeydiyyatdan keçmək mümkündür.

Qeyd olunub ki, konqresdə ancaq gənclər təşkilatlarının rəhbərləri iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.