CƏMİYYƏT
Gənclər “Xocalıya ədalət” kampaniyası çərçivəsində onlayn fəaliyyətlərə dəvət olunurlar
Bakı, 26 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan “Xocalıya ədalət” kampaniyasına dəstək məqsədilə Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi faciənin 28-ci ildönümü ilə əlaqədar birgə onlayn aksiyalar təşkil edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiyalar çərçivəsində ölkəmizlə bağlı həqiqətlərin, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması üçün rəqəmsal və kommunikasiya alətləri yaradılıb və mühüm məlumatlar onlayn resurslarda təlimat formasında yerləşdirilib. Hər bir gənc bu resursa daxil olaraq öz dəstəyini ifadə etmək üçün “Facebook” sosial şəbəkəsində örtük şəklini dəyişə və profil şəkilinə çərçivəni əlavə edə, poster və infoqrafik məlumatları paylaşa, #JusticeForKhojaly, #Karabakh və #AllforKarabakh həştəqlərindən istifadə edərək tvitlər, postlar yaza, elektron poçt ünvanının imza yerinə “Xocalı” sözünü yerləşdirə bilər.
Qeyd edək ki, tvitlər Azərbaycan, ingilis, rus, ərəb və italyan dillərində hazırlanıb.
Kommunikasiya və təbliğat alətləri “Xocalıya ədalət” kampaniyasının rəsmi veb-səhifəsinə www.justiceforkhojaly.org istinadla yaradılıb.
Təlimat və məlumatları aşağıdakı linkdən əldə etmək mümkündür: https://www.facebook.com/notes/azərbaycan-respublikasnın-gənclər-və-idman-nazirliyi-gənclərə-iş-şöbəsi/xocalaya-ədalət-kampaniyasına-dəstək/609428146173408/