İDMAN


Gənclər arasında cüdo üzrə Bakı birinciliyinin ikinci gününün yarışları davam edir

Bakı, 29 yanvar, AZƏRTAC

Gənclər arasında cüdo üzrə Bakı birinciliyinin ikinci gününün yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, yanvarın 29-da oğlanlar arasında 52, 55, 81, 90, +100 kiloqram çəki dərəcələrində görüşlər keçirilir.

Qızların yarışında isə 52, 63, 70, +78 kiloqram çəki dərəcələrində qarşılaşmaların qalib və mükafatçıları müəyyənləşəcək.

Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirə paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 170-ə yaxın idmançı qatılıb. Bakı birinciliyinə bu gün yekun vurulacaq.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.