İDMAN


Gənclər arasında dünya çempionatında 2 cüdoçumuz mübarizəyə qoşulur

Bakı, 17 oktyabr, AZƏRTAC

Mərakeşdə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ikinci günündə 2 idmançımız mübarizəyə qoşulur.

AZƏRTAC xəbər verir ki, Yaqub Cavadov bolqarıstanlı Mark Xristovla, Südabə Ağayeva kanadalı İzabelle Harrislə qarşılaşacaqlar.

Qeyd edək ki, yarışın birinci günündə Azərbaycan cüdoçuları Əhməd Yusifov (60 kq) gümüş, İbrahim Əliyev (66 kq) isə bürünc medal qazanıblar. Yarışda Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir. Turnirdə 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.

Dünya çempionatı oktyabrın 19-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.