İDMAN


Gənclər arasında dünya çempionatında daha bir cüdoçumuz mübarizə aparacaq

Bakı, 9 oktyabr, AZƏRTAC

İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatının son günündə bir idmançımız tatamiyə çıxacaq.

AZƏRTAC xəbər verir ki, qadınların turnirində cüdoçumuz Nərmin Əmirli (78 kq) yarışa qoşulacaq. O ilk qarşılaşmasında kanadalı Korali Qodbut ilə mübarizə aparacaq.

Qeyd edək ki, komandamızın aktivində 2 medal var. Belə ki, Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev (81 kq) isə bürünc medal qazanıblar.

Turnirdə 72 ölkədən 500-ə yaxın cüdoçu iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.